Yanvardan Moskva avtobuslarında gediş haqqı qaldırılacaq

Yanvardan Moskva avtobuslarında gediş haqqı qaldırılacaq Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiyanın Moskva vilayətində hərəkət edən avtobuslarda gediş haqqı 1 yanvar 2019-cu il tarixindən qaldırılacaq.
Region
29 Dekabr , 2018 20:17
Yanvardan Moskva avtobuslarında gediş haqqı qaldırılacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiyanın Moskva vilayətində hərəkət edən avtobuslarda gediş haqqı 1 yanvar 2019-cu il tarixindən qaldırılacaq.

“Report” xəbər verir ki, bu barədə "Mostransavto" DUM-a istinadən "m24" nəşri məlumat yayıb.

Şəhərdaxili marşrutlarda "Strelka" kartları ilə bir nəfər üçün gediş haqqı 34 rubl 43 qəpiyə (hazırda 32,92 rubl) başa gələcək.

Bildirilir ki, 11 gedişdən 20-yə qədər ödəniş 32 rubl 2 qəpik olacaq.

Nəğd ödəniş ediləcəyi təqdirdə gediş haqqı 53 rubldan hesablanacaq.

Son xəbərlər

Orphus sistemi