Yuxarı

​Xorvatiya prezidenti İrana səfər edəcək

Səfər çərçivəsində xanım Kolinda Qrabar-Kitaroviç iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsini ölkə rəsmiləri ilə müzakirə edəcək

Bakı. 12 may. REPORT.AZ/ Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç gələn həftə İrana səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Kolinda Qrabar-Kitaroviç İslam Respublikasının rəsmiləri ilə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi, dünya, o cümlədən bölgədəki vəziyyəti müzakirə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi