Yuxarı
    Bağlamaq

    Gürcüstanın müdafiə naziri Pentaqon rəsmiləri ilə görüşüb

    Gürcüstanın müdafiə naziri Avropa və Şimali Amerika ölkələri üzrə turne çərçivəsində ABŞ-da səfərdədir

    Bakı. 10 iyun. REPORT.AZ/ Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və ABŞ Müdafiə Departamenti katibinin müavini Maykl Karpenter birgə hərbi təlimlər, müdafiə qabiliyyətinin artırılması və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

    Bu barədə "Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir. 

    Görüşdə, həmçinin ABŞ Müdafiə Departamenti katibinin Avropa və NATO siyasəti məsələləri üzrə müavini Ceyms Taunsend də iştirak edib. 

    Danışıqlar zamanı tərəflər Uelsdə keçirilən alyansın sammitninin yekunlarına görə 2014-cü ildə ölkəyə verilən Gürcüstan-NATO paketinin həyata keçirilməsi məsələlərini də müzakirə edib.  

    Gürcüstanın müdafiə naziri Avropa və Şimali Amerika ölkələri üzrə turne çərçivəsində ABŞ-da səfərdədir. Həmin turneyə o, iyunun 1-də Varşava sammitinə hazırlıq çərçivəsində yola düşüb. 

    ABŞ-dan əvvəl Tinatin Xidaşeli Polşada olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi