XİN sözçüsü: "Türkiyə və Suriya kəşfiyyat məlumatlarını mübadilə edə bilər"

XİN sözçüsü: "Türkiyə və Suriya kəşfiyyat məlumatlarını mübadilə edə bilər" İki ölkə arasında siyasi məsləhətləşmələr aparılmır
Region
21 Fevral , 2018 20:06
XİN sözçüsü: Türkiyə və Suriya kəşfiyyat məlumatlarını mübadilə edə bilər

Bakı. 21 fevral. REPORT.AZ/ "Türkiyə və Suriya kəşfiyyat məlumatlarını mübadilə edə bilər". 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Afrində keçirilən "Zeytun budağı" əməliyyatı ilə bağlı fevralın 21-də keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, iki ölkə arasında siyasi məsləhətləşmələr aparılmır.  

H.Aksoy deyib ki, bu gün Türkiyənin sərhədlərində terror qurşağının yaradılmasına cəhd göstərilir: "Ona görə də həm masa arxasında, həm də meydanda güclü olmaq üçün hərəkətə keçdik. "Zeytun budağı" əməliyyatı uğurla davam edir. İndiyədək 1780 terrorçu zərərsizləşdirilib. Bu əməliyyat terrorçuların Afrində uzun müddətdir yerləşməyə başladıqlarını və Kandildən sonra ikinci baza kimi inşa etdiklərini ortaya çıxardı. Əslində, Türkiyə bununla Avropaya böyük miqrant axınının qarşısını alır. Mülki vətəndaşların  zərər görməməsi üçün hər cür tədbirlər alınır. İndiyədək heç bir sivil ölməyib". 

Son xəbərlər

Orphus sistemi