​XİN: İran "altılıq" ölkələrinin sanksiyaları uzatmaq üçün heç bir cəhdini qəbul etməyəcək

​XİN: İran "altılıq" ölkələrinin sanksiyaları uzatmaq üçün heç bir cəhdini qəbul etməyəcək Araxçı: "BMT TŞ-nin qərarı razılaşmanın 10 il qüvvədə olacağını göstərir, bundan sonra İranın Təhlükəsizlik Şurasındakı işinə xitam veriləcək"
Region
22 İyul , 2015 14:07
​XİN: İran altılıq ölkələrinin sanksiyaları uzatmaq üçün heç bir cəhdini qəbul etməyəcək

Bakı. 22 iyul. REPORT.AZ/ 10 ildən sonra, razılaşmanın qüvvədə olma müddəti başa çatdıqda, İranın nüvə proqramı ilə bağlı sanksiyaları uzatmaq üçün "altılıq" ölkələrinin heç bir cəhdini Tehran qəbul etməyəcək.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Araxçı bildirib.

"BMT TŞ-nin qərarı razılaşmanın 10 ili əhatə etdiyini aydın şəkildə göstərir, bundan sonra İranın Təhlükəsizlik Şurasındakı işinə xitam veriləcək",- Araxçı bildirib.

Bir qədər əvvəl "altılıq" ölkələri BMT Baş katibi Pan Gi Muna bildiriblər ki, 10 ildən sonra İrana qarşı sanksiyaların 5 il müddətinə davam etdirilməsi ilə bağlı yeni qətnamə layihəsi təqdim etməyi planlaşdırırlar.

"Əgər Amerika Birləşmiş Ştatları və digər "altılıq" ölkələri sanksiyaların 10 ildən sonra bərpa ediləcəyi barədə yeni qətnamənin qəbulu ilə bağlı istəklərini bəyan edirsə, bu Vyana razılaşmasının pozulması və inamın itirilməsi deməkdir", - İranlı diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi