Yuxarı

Xəzərin cənubunda Rusiya HDD-nin desant katerləri təlimlərə başlayıb

Təlimlər dəniz piyadalarının şəxsi heyəti və texnikası cəlb olunmadan keçirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Rusiyaya məxsus Xəzər Dəniz Donanmasının desant katerləri dəstəsi Xəzər poliqonlarında təlimlərə başlayıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təlimlər zamanı dənizçilər şərti rəqib tərəfindən silah istifadə edilməsi təhlükəsi altında dəniz manevrlərinin müxtəlif elementlərini yerinə yetiriblər. 

Bu zaman təlimlər dəniz piyadalarının şəxsi heyəti və texnikası cəlb olunmadan keçirilib, lakin hərbi təlimlərin növbəti mərhələsi dəniz piyadalarının katerə minməsi və sahilə enməsi üzrə birgə təlimlərdən ibarət olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi