Xəzərdə İrana məxsus vertolyot qəzaya uğrayıb, 5 nəfər ölüb

Xəzərdə İrana məxsus vertolyot qəzaya uğrayıb, 5 nəfər ölüb Qəza vertolyot neft platformasında qayıdarkən baş verib
Region
27 Noyabr , 2016 10:52
Xəzərdə İrana məxsus vertolyot qəzaya uğrayıb, 5 nəfər ölüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Xəzər dənizində İrana məxsus vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Behşehr valisi Seyid Xalid Səccadiyə istinadən İranın IRINN dövlət televiziyası məlumat yayıb.

Onun sözlərinə görə, İran Milli Neft Şirkətinə məxsus "təcili tibbi yardım" vertolyotu "Əmir Kəbir" neft platformasından xəstə gətirərkən dənizə düşüb. Vertolyotda olan 5 nəfərin hamısı həyatını itirib. Hazırda qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi