Yuxarı

Keçən il xarici dövlətlərdən siyasi sığınacaq istəyən ermənilərin sayı açıqlanıb

Ötən son iki ildə inkişaf etmiş dövlətlərdən siyasi sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı 10 mindən çox olub

Bakı. 27 mart. REPORT.AZ/ 2014-cü ildə 5 242 nəfər Ermənistan vətəndaşı inkişaf etmiş 44 xarici ölkədən siyasi sığınacaq istəyib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.

Məlumata görə, həmin ermənilərdən 220-nin sorğusu təmin edilib.

2013-2014-cü illərdə inkişaf etmiş dövlətlərdən siyasi sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı 10 mindən çox olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi