Yuxarı

Xamenei: İŞİD İranın məhv edilməsi üçün yaradılıb

İslam Respublikası onu diz üstdə qoymaq istəyənin özünü diz üstdə çökdürər

Bakı. 26 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranın məhvi idi.

"Report" TASS-a istinadən xəbər verir ki, belə bir iddia ilə şənbə günü İranın ali dini lideri ayətulla Əli Xamneyi çıxış edib.

"İŞİD terror qruplaşması başlıca məqsədin yerinə yetirilməsi üçün yaradılıb: İranın zəbti və məhv edilməsi. İraq və Şam (Dəməşqin tarixi adı) bu məqsədə nail olmaq üçün yalnız hazırlıq mərhələləri idi.

Amma İranın düşmənləri bu müharibədə uduzacaqlar, çünki onlar İslam Respublikasının malik olduğu gücü lazımi səviyyədə qiymətləndirmirlər. İran onu diz üstə qoymaq istəyənlərin özlərini diz üstə çökdürər", - deyə Xamenei qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi