Vladimir Putinin Türkiyəyə səfəri başlayıb

Vladimir Putinin Türkiyəyə səfəri başlayıb Rusiya və Türkiyə prezidentləri arasında təkbətək görüş keçiriləcək
Region
28 Sentyabr , 2017 17:43
Vladimir Putinin Türkiyəyə səfəri başlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb. 

“Report” TRT-yə istinadən xəbər verir ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında təkbətək görüş keçiriləcək.

Məlumata görə, dövlət başçıları İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcək.

Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcək.

Görüşdən sonra R.T.Ərdoğan və V.Putin birgə mətbuat konfransı keçirəcək.

Son xəbərlər

Orphus sistemi