Yuxarı
    Bağlamaq

    Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib

    Rusiyaya vizasız giriş-çıxış edə biləcək Türkiyə vətəndaşlarının siyahısı genişləndirilib

    Bakı. 31 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında sərəncam imzalayıb.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

    İnformasiyaya əsasən, Türkiyədən olan fəhlələrin Rusiyada fəaliyyət göstərən müxtəlif türk şirkətlərində işə götürülməsi ilə bağlı tətbiq edilən məhdudiyyət ləğv olunub. 

    V.Putinin imzaladığı sənədə görə, Rusiyaya vizasız giriş-çıxış edə biləcək Türkiyə vətəndaşlarının siyahısı genişləndirilib.

    Qeyd edək ki, 2015-ci ilin noyabrında hava məkanına qanunsuz olaraq, keçdiyi üçün Rusiyaya məxsus “Su-24” hərbi təyyarə Türkiyə ərazisində vurulmuşdu. Bundan sonra Rusiya və Türkiyə bir-birinə qarşılıqlı olaraq, sanksiyalar tətbiq etmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi