Vladimir Putin Səudiyyə Ərəbsitanı kralı ilə görüşüb

Vladimir Putin Səudiyyə Ərəbsitanı kralı ilə görüşüb Vladimir Putin: “Biz ikitrəfli münasibətlərdən və bölgədəki vəziyyətdən danışdıq”
Region
5 Oktyabr , 2017 15:56
Vladimir Putin Səudiyyə Ərəbsitanı kralı ilə görüşüb
РИА Новости / Сергей Гунеев

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Səudla görüşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, V.Putin Moskvada baş tutan görüşdə müzakirə edilən məsələlərdən danışıb.

“Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Səudla görüşümüz əhatəli, konkret oldu. Biz ikitərəfli münasibətlərdən və bölgədəki vəziyyətdən danışdıq”, -deyə Rusiya prezidenti vurğulayıb.

Kral məsləhətləşmələri davam etdirmək üçün Rusiya prezidentini ölkəsnə dəvət edib. V.Putin dəvəti qəbul edib.

Qeyd edək ki, Rusiyanın dövlət başçısı bu ilin fevralında Ər-riyadda səfərdə olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır. 

Son xəbərlər

Orphus sistemi