Yuxarı

​Vladimir Putin jurnalistlərə 11-ci dəfə "illik hesabat" verəcək

Mətbuat konfransına rekord sayda jurnalist akkreditə olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin cümə axşamı jurnalistləri 11-ci dəfə "böyük" mətbuat konfransına toplayacaq.

"Report" xəbər verir ki, dövlət başçısının "illik hesabatı" Beynəlxalq Ticarət Mərkəzində keçiriləcək və vaxt məhdudiyyəti olmayacaq.

Bu il mətbuat konfransına rekord sayda - 1390 KİV nümayəndəsi akkreditə olunub.

Putinin 2001-ci ildə keçirilən birinci mətbuat konfransına 500-dən çox, 2002 və 2003-cü illərdə 700-dən çox, 2004-cü ildə təqribən 750, 2007-ci ildə 1132, 2008-ci ildə 1364, 2013-cü ildə 1327, 2014-cü ildə isə 1259 jurnalist akkreditə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi