Yuxarı

Vladimir Putinin Türkiyəyə səfəri başlayıb

İstanbulda Ümumdünya Enerji Konqresi keçirilir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, dövlət başçısı İstanbulda Ümumdünya Enerji Konqresinin xüsusi iclasında iştirak edəcək, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Venesuela Prezidenti Nikolas Maduro ilə ikitərəfli görüşlər keçirəcək.

Ümumdünya Enerji Konqresi İstanbulda oktyabrın 9-dan 13-dək keçirilir. Forumda iştirak edən ölkələrin fərdi görüşlər və danışıqlar zamanı neftin qiyməti ilə bağlı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskovun daha əvvəl verdiyi məlumata görə, V.Putin ilə R.T.Ərdoğanın görüşündə Rusiya-Türkiyə münasibətlərinin normallaşması yönündə atılan addımlarla bağlı məsələlər müzakirə olunacaq, mühüm regional və qlobal məsələlərlə, ilk növbədə Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.

Rusiya XİN əvvəl Türkiyə və Rusiyanın Suriya mövzusunda əməkdaşlığının konstruktiv olacağını, birgə tədbirlərin mümkünlüyünü qeyd edib. Türkiyə Xarici İşlər Nazirliyindən isə Ankaranın Suriyada atəşkəsə nail olunması və humanitar yardımın təşkili məsələlərində Moskva ilə əməkdaşlığa hazır olduğu bildirilib.

Venesuela Prezidenti N.Maduro daha əvvəl V.Putinlə görüşünü elan edərkən danışıqların yekununda OPEC-in neft bazarında sabitlik yaradılması üzrə qərarlarına dair bəyanatlar verəcəyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi