Yuxarı

Vladimir Putin 2018-ci ildə keçiriləcək seçkilərdə iştirakı ilə bağlı sualı cavablandırıb

Vladimir Putin 2018-ci ildə keçiriləcək seçkilərdə iştirakı ilə bağlı sualı cavablandırıb
Prezident seçkilərində iştirakım barədə qərar dünyada və ölkədəki vəziyyət nəzərə alınaraq qəbul ediləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ "Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirakım barədə qərar dünyada və ölkədəki vəziyyət nəzərə alınaraq qəbul ediləcək".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

"Ölkədə, dünyada baş verənlərə baxacağam və nə etdiyimizi, nə edə biləcəyimizi, necə etməli olduğumuzu nəzərə alaraq, Rusiya Federasiyasının prezidenti uğrunda növbəti seçkilərə qatılıb-qatılmayacağıma dair qərar veriləcək" - V.Putin bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi