Yuxarı

​Urmiya ilə Ərzurum "qardaşlaşmış şəhər" elan olunub

Bələdiyyə başçıları iki şəhər arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar

Bakı. 7 aprel. REPORT.AZ/ İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhəri ilə Türkiyənin Ərzurum şəhəri "qardaşlaşmış şəhər" elan olunub.

"Report" xəbər verir ki, bu haqda İranın "İRNA" Agentliyi məlumat yayıb.

Müvafiq sənəd Ərzurumda Urmiya şəhərinin bələdiyyə sədri Məhəmməd Həzrətpurla Ərzurumun bələdiyyə başçısı Mehmet Sekmen arasında imzalanıb.

Ərzurumda keçirilən görüşdə bələdiyyə başçıları iki şəhər arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Urmiyadan olan nümayəndə heyəti Ərzurumdakı Atatürk adına Universitetin rektoru Hikmət Koçakla da görüş keçirərək, iki şəhər arasında elmi sahədə əməkdaşlığın artırılması yollarını müzakirə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi