Ukraynada döyüşlər dayandırıldı, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB

Ukraynada döyüşlər dayandırıldı, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB Ukrayna Müdafiə Nazirliyi Donbas bölgəsində döyüşlərin dayandırılması barədə məlumat yayıb.
Region
18 Fevral , 2020 12:46
Ukraynada döyüşlər dayandırıldı, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB
Google.com

Ukrayna Müdafiə Nazirliyi Donbas bölgəsində döyüşlərin dayandırılması barədə məlumat yayıb.  

“Report” xəbər verir ki, Ukrayna ordusunun seperatçılarla döyüşdə 1 hərbçisini itirdiyi, daha 4 nəfərin isə yaralandığı bildirilib. 

Məlumata görə, separatçılardan isə nəfər ölüb, 5-i də ağır yaralanıb. 

Eyni zamanda atəşkəsə məhz separatçılar tərəfindən çağırış edildiyi, Ukrayna tərəfinin mövqelərini itirilmədiyini və vəziyyətə nəzarət etdiyi vurğulanıb.


*** 11:11

Bu gün səhər saatlarından Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

“Report” xəbər verir ki, bunu “Facebook” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi itkilər verib.

Jurnalist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər. Nəticədə ağır döyüşlər başlayıb. Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib. 

Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rəsmi Moskva bu ittihamı rədd edir.

Son xəbərlər

Orphus sistemi