Yuxarı

Ukraynanın erməni əsilli daxili işlər naziri barəsində cinayət işi başlanıb

Baş prokuror Yuri Lutsenko daxili işlər nazirinə qarşı irəli sürülən ittihamın təfərrüatlarını açıqlamayıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Ukraynanın daxili işlər naziri Arsen Avakova qarşı da cinayət işi başlanıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko "Kanal-24" televiziyasına müsahibəsində deyib.

"Mən hər gün onlarla insandan, o cümlədən Uraynanın Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabunindən məktub alıram. Həmin məktublar əsasında hətta, daxili işlər naziriArsen Avakov barəsində cinayət işi başlamışam. Bizim üçün hamı eynidir", -deyə baş prokuror vurğulayıb.

Amma Y.Lutsenko daxili işlər nazirinə qarşı irəli sürülən ittihamın təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki,Ukrayna parlamentində Arsen Avakovun istefası ilə bağlı bir neçə dəfə qanun layihəsi qeydiyyatdan keçib. Ötən gün Odessa vilayətinin başçısı Mixeil Saakaşvili nazir haqda rişxəndlə bildirib: "Onu hələ tutmayıblar?!".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi