Yuxarı

​Ukraynanın erməni əsilli naziri Yerevandakı aksiya iştirakçılarına müraciət edib

Arsen Avakov: Kiyevin Krepost döngəsində bizi döyməklə, barrikadalarımızı dağıtmaqla elə bilirdilər ki, bizi sındıracaqlar

Bakı. 24 iyun. REPORT.AZ/ "Kiyevin Krepost döngəsində bizi döyməklə, barrikadalarımızı dağıtmaqla elə bilirdilər ki, bizi sındıracaqlar".

"Report"un məlumatına görə, bunu Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov özünün "Facbook" səhifəsində Yerevandakı etiraz aksiyası iştirakçılarına müraciətində yazıb.

Nazir "Maydan"da baş verənlərlə bağlı xatirələrini bölüşüb: "Qış idi, qar yağırdı. Ukrayna bayrağı altında 8 nəfər donmuş, döyülmüş halda "Maydan"a qayıdırdıq. Onda biz özümüzlə bir hərbçi termosu da götürmüşdük. Onda barrikadanın önünə ötürə bildiyimiz yeganə əşya həmin termos idi.

Biz onda ora yalnız çay aparmamışdıq, biz düşərgəyə azadlığa olan möhkəm iradəmizi gətirmişdik".

Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazı bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Polis etirazçıların bu gün səhər saat 11.00-dan sonra dağılışmasını tələb etmişdi. Ancaq aksiya hələ də davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi