Ukraynanın baş naziri Vladimir Qroysman Gürcüstana səfərə gəlib

Ukraynanın baş naziri Vladimir Qroysman Gürcüstana səfərə gəlib O, Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu, GUAM-da əməkdaşlıq və s. məsələləri müzakirə edəcək
Region
26 Noyabr , 2017 22:57
Ukraynanın baş naziri Vladimir Qroysman Gürcüstana səfərə gəlib

Tbilisi. 26 noyabr. REPORT.AZ/ Ukraynanın baş naziri Vladimir Qroysman noyabrın 26-da Gürcüstana səfərə gəlib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısını səfər zamanı bir neçə nazir müşayiət edir.

V.Qroysmanın səfəri çərçivəsində Ukrayna ilə Gürcüstan arasında iki mühüm sənədin imzalanacağı gözlənilir. Keçiriləcək görüşlərdə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, regional təhlükəsizlik, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu layihəsi, enerji və infrastruktur layihələr, beynəlxalq əməkdaşlıq, həmçinin, GUAM çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Ukrayna hökumətinin başçısı Tbilisidə keçiriləcək “İpək yolu” beynəlxalq forumunda da iştirak edəcək, Gürcüstanın bölgələrinə baş çəkəcək.

Son xəbərlər

Orphus sistemi