Ukraynada deputatların sayı azaldılacaq

Ukraynada deputatların sayı azaldılacaq Ali Radanın sədri Dmitri Razumkov parlamentin növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı Konstitusiyaya dəyişikliklərin edilməsinə baxılacağını bildirib.
Region
21 Yanvar , 2020 11:52
Ukraynada deputatların sayı azaldılacaq

Ali Radanın sədri Dmitri Razumkov parlamentin növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı Konstitusiyaya dəyişikliklərin edilməsinə baxılacağını bildirib.

“Report” Lenta.ru-ya istinadən xəbər verir ki, parlamentdə hələ ötən ilin avqustun 29-da qeydə alınan qanun layihəsi deputatların sayının 450-dən 300-ə salınmasını nəzərdə tutur. Hazırda qanun layihəsi Radanın profilli komitəsindən keçib.

Qeyd edək ki, Ali Radanın növbəti sessiyası bu il fevralın 4-də olacaq. 450 üzvü olan Ukrayna parlamentinə seçkilər hər beş ildən bir keçirilir.

Son xəbərlər

Orphus sistemi