Yuxarı

​Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin rəhbələrindən biri Rusiyaya casusluqda ittiham olunur

Vasili Qritsak: Xüsusi xidmət orqanları sırasında təmizləmə işləri davam edir

Bakı. 27 iyun. REPORT.AZ/ Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin Kiyev şəhəri və vilayəti Baş İdarəsinin rəhbərlərindən biri dövlətə xəyanət ittihamı ilə həbs olunub.

"Report" "UTT" agentliyinə istinadən xəbər verir ki, bu haqda Təhlüksəzilik Xidməti İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, saxlanılan təhlükəsizlik xidməti əməkdaşlarından biri Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə, məlumatlar ötürməkdə ittiham olunur. Ona görə də həmin məmura Ukrayna Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin müvvəqəti sədri Vasili Qritsak bildirib ki, qurumun başqa əməkdaşlarının xarici dövlətlərə işləmələri ehtimalı ilə bağlı da yoxlama aparılır. 

O deyib ki, xüsusi xidmət orqanları sırasında təmizləmə işləri davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi