Ukrayna Prezidenti Odessaya ekonom sinifli təyyarə ilə uçub

Ukrayna Prezidenti Odessaya ekonom sinifli təyyarə ilə uçub Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdən Odessa şəhərinə ekonom sinifli təyyarə ilə uçub.
Region
26 İyul , 2019 23:57
Ukrayna Prezidenti Odessaya ekonom sinifli təyyarə ilə uçub

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdən Odessa şəhərinə ekonom sinifli təyyarə ilə uçub.

“Report” xəbər verir ki, bu barədə "Dumskaya" nəşri yazıb.

Sərnişinlərdən birinin sözlərinə görə, dövlət başçısı heç kim üçün narahatçılıq yaratmayıb. Əksinə, prezidentin uçuş zamanı rahat istirahət etməsinə imkan verilməyib. Belə ki, laynerdə məktəblilər olub və onlar Zelenski ilə şəkil çəkdirmək istəyiblər.

Prezident ofisinin rəhbəri Andrey Boqdan onlardan dövlət başçısını narahat etməməyi xahiş etsə də, uşaqların müəllimi inadkarlıq göstərib.

Onun sözlərinə görə, Zelenski bunu anlayışla qarşılayaraq uşaqlarla şəkil çəkdirib.

Son xəbərlər

Orphus sistemi