Ukrayna prezidenti istintaqa çağırılıb

Ukrayna prezidenti istintaqa çağırılıb Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenko istintaqa çağırılıb.
Region
6 May , 2019 16:18
Ukrayna prezidenti istintaqa çağırılıb

Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenko istintaqa çağırılıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib.

Müstəntiqlər P.Poroşenkonu Avromeydançılara qarşı törədilən zorakılıqla bağlı cinayət işi üzrə mayın 7-də ifadə verməyə dəvət ediblər. 

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bir müddət əvvəl bildirmişdi ki, əgər P.Poroşenko prezident seçkisində məğlub olarsa, o zaman korrupsiya işi üzrə istintaqa çağırılacaq. 

Aprelin 21-də ölkədə keçirilən prezident seçkisinin ikinci turunda P.Poroşenko məğlub olub. Onun rəqibi Vladimir Zelinski 73,22 faiz, P.Poroşenko isə 24,45 faiz səs toplayıb. 

Son xəbərlər

Orphus sistemi