Yuxarı
    Bağlamaq

    Ukrayna payızda Donbassın işğaldan azad olunmasına başlaya bilər

    Bunu ölkənin müvəqqəti işğal olunmuş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuka deyib

    Bakı. 16 yanvar. REPORT.AZ/ Donbassın separatçıların və Rusiya hərbçilərinin işğalından azad olunması prosesi 2017-ci ilin payızında başlanmalıdır.

    "Report" xəbər verir ki, bunu "Espreso.TV"nin efirində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin və daxili köçürülmüş şəxslərin məsələləri üzrə nazir müavini Georgi Tuka deyib.

    O qeyd edib ki, Krım və Donbassın Rusiya işğalından azad edilməsi məsələsini bir-birində ayırmaq lazımdır. Nazir müavininin fikrincə, işğal olunmuş yarımadanın geri qaytarılması üçün daha çox vaxt lazım gələcək.

    "Donbassın qaytarılmasına gəldikdə isə məndə aydın təəssürat var ki, bizim hardasa payızda bu ərazilərin real olaraq geri qaytarılmasına başlamaq üçün imkanımız olacaq. Çox güman ki, hərbi yolla yox, mən buna çox ümid edirəm", - deyə Tuka qeyd edib.

    O bildirib ki, Rusiyanın iqtisadi dəstəyi olmasa, Ukrayna hökumətinə regionda qayda-qanun yaratmaq üçün maksimum üç ay vaxt lazım gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi