Yuxarı

Ukrayna parlamenti prezidentin səlahiyyətini azaltmaq niyyətindədir

Ukrayna parlamenti prezidentin səlahiyyətini azaltmaq niyyətindədir

Ukrayna Ali Radasında ölkə prezidentinin səlahiyyətlərinin bir hissəsini baş nazirə və parlamentə verməyi nəzərdə tutan qanun layihəsi hazırlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı sənədi “İntibah” parlament qrupunun nümayəndəsi Valeri Pısarenko “Facebook”dakı səhifəsində dərc edib. 

Layihədə Ukrayna Təhlükəsizlik Xidmətinin təşkilatlanması və fəaliyyətinə nəzarətlə bağlı səlahiyyətlərin prezidentdən Ali Radaya keçməsi, xarici işlər, müdafiə nazirləri vəzifələrinə parlament fraksiyaları birliklərinin təklifi əsasında prezidentin Rada qarşısında təqdimat verməsi, habelə prezidentin impiçmentinə başlamaq üçün baş prokurorun, deputat fraksiyası və ya qrupunun təşəbbüs irəli sürmələrinin kifayət olması kimi müddəalar var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi