Yuxarı
    Bağlamaq

    Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədrinin bütün əmlakına həbs qoyulub

    Prokurorluq onun daha bir ay elektron qolbağı geyinməsi və ölkədən xaricə çıxa bilməməsi barədə qərar qəbul edib

    Bakı. 7 avqust. REPORT.AZ/ Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirovun dövlət qeydiyyatında olan bütün əmlakına həbs qoyulub.

    “Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Aleksandr Lısak bildirib.

    Onun sözlərinə görə, R.Nəsirov artıq məhkəmə yolu ilə ABŞ-da müalicə olunmağa getmək imkanı axtarmır: “Məhkəmə iki dəfə müştərimin ABŞ-da müalicə olunmaq istəyi ilə bağlı müraciətinə rədd cavabı verib”.

    Qeyd edək ki, Xüsusi Antikorrupsiya Prokurorluğu iyulun 28-də Roman Nəsirovun daha bir ay elektron qolbağı geyinməsi və ölkədən xaricə çıxa bilməməsi barədə qərar qəbul edib.

    Xatırladaq ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

    O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A.Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaq materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

    Roman Mikail oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikail Nəsir oğlu Nəsirov 1976-cu ildə Azərbaycandan Ukraynaya köçərək orada ailə qurub. O, “Dəmir” adlı şirkətin sahibidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi