UEFA-nın GROW sammitində AFFA-nın fəaliyyəti yüksək qiymətləndirilib

UEFA-nın GROW sammitində AFFA-nın fəaliyyəti yüksək qiymətləndirilib Strateji fəaliyyət planı bir sıra ölkələr üçün nümunə göstərilib
Region
2 Mart , 2017 16:40
UEFA-nın GROW sammitində AFFA-nın fəaliyyəti yüksək qiymətləndirilib

Tbilisi. 2 mart.REPORT.AZ/ UEFA-nın Gürcüstanın paytaxtı Tbilisidə keçirilən GROW sammiti martın 2-də işini davam etdirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bugünkü iclas praktiki məsələlərə həsr olunub. 55 ölkənin nümayəndələri kütləvi futbolun və qadın futbolunun inkişafı ilə bağlı görüləcək işləri, konkret vəzifələri müzakirə ediblər.

AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib ki, martın 1-də keçirilən iclasda Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafında dövlətin və hökumətin rolu məsələləri müzakirə olunub. Bu gün isə qarşıya qoyulan məqsədlərə çatmaq üçün konkret vəzifələr müzakirə edilib: "Sammitdə iştirak edən federasiyaların nümayəndələri müxtəlif qruplarda toplaşaraq kütləvi futbolun və qadın futbolunun inkişaf yollarını və perspektivlərini müzakirə edib, təcrübə mübadiləsi aparıblar. Biz, Azərbaycan, Ukrayna və Polşadan olan nümayəndələr bir qrupda toplaşaraq bu məsələləri müzakirə etdik. Çox səmərəli müzakirələr apardıq. Kütləvi futbolun və qadın futbolunun inkişafına dövlətin, müxtəlif icra strukturlarının dəstəyi, onların bu layihələrdə iştirakı yollarını müzakirə etdik, təcrübə mübadiləsi apardıq. Daha sonra ümumi müzakirələrdə bir daha qarşıya qoyulan vəzilərin konkret həlli yolları barədə fikir mübadiləsi aparıldı, tövsiyələr qəbul olundu".

T.Piriyevin sözlərinə görə, ümumiyyətlə, sammitdə Azərbaycanda idmanın, xüsusən də kütləvi futbolun inkişafı ilə bağlı görüşlər işlər çox yüksək qiymətləndirilib. AFFA-nın strateji fəaliyyət planı bir sıra ölkələr üçün nümunə göstərilib.

Tədbirdə bununla işini başa çatdırıb.

Qeyd edək ki, sammitə AFFA-nın Baş katibi Elxan Məmmədov, I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev və millinin keçmiş qapıçısı Cahangir Həsənzadə qatılıb. E.Məmmədov təqdimatla çıxış edib, qurumun 5 illik fəaliyyət strategiyası, kütləvi futbolun inkişafı ilə əlaqədar Şərqi və Qərbi Avropa ölkələrinin fərqli xüsusiyyətləri barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi