Yuxarı
    Bağlamaq

    ​Üçüncü mərhələnin nəticələrinə görə, Türkiyə parlamenti sədr seçə bilməyib

    Dördüncü mərhələdə daha çox səs toplamış iki namizəd iştirak edəcək

    Bakı. 1 iyul. REPORT.AZ/ Üçüncü mərhələnin nəticələrinə görə, Türkiyənin Böyük Millət Məclisinin sədri vəzifəsinə iddialı olan 4 namizədin heç biri parlament üzvlərinin lazımi qədər səsini toplaya bilməyib.

    "Report"un məlumatına görə, xəbəri palatanın Hesablama Komissiyası yayıb.

    Üçüncü mərhələdə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, ölkənin müdafiə naziri İsmət Yılmaz 259 səsə sahib olub, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykal - 129, Milli Hərəkat Partiyasının namizədi (MHP) Əkmələddin İhsanoğlu - 80, Xalqların Demokratik Partiyasından (HDP) Dengir Mir Mehmet Firat 78 səsə sahib olub.

    Seçkilərin bu gün keçiriləcək sonuncu, dördüncü mərhələsində daha çox səs toplamış iki namizəd - İsmət Yılmaz və Dəniz Baykal iştirak edəcəklər. Parlament sədri seçilməkdən ötrü bu iki namizəddən biri əksər deputatların səsini qazanmalıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi