Türkmənistanın milli təhlükəsizlik və müdafiə nazirləri dəyişib

Türkmənistanın milli təhlükəsizlik və müdafiə nazirləri dəyişib Bakı. 14 iyun. REPORT.AZ/ Türkmənistanın milli təhlükəsizlik naziri Dövrangəldi Bayramov işdən çıxarılıb.
Region
14 İyun , 2018 10:07
Türkmənistanın milli təhlükəsizlik və müdafiə nazirləri dəyişib
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Türkmənistanın milli təhlükəsizlik naziri Dövrangəldi Bayramov işdən çıxarılıb. 

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, məlumatı Türkmənistan prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, D.Bayramov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad edilib. Mayın 30-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ona kadr seçimində və onların təyin olunmasında buraxdığı səhvlərə görə sonuncu ciddi xəbərdarlıq edib. 

Ölkənin müdafiə naziri Yaylım Berdıyev milli təhlükəsizlik naziri təyin olunub. Müdafiə naziri vəzifəsinə isə əvvəllər Türkmənsitan Sərhəd Qoşunlarının komandanı işləmiş Begenç Gündoğdıyev gətirilib. Əvvəllər müdafiə nazirinin müavini olmuş Şadurdu Durdıyev Sərhəd Qoşunlarının komandanı təyin olunub. 

Son xəbərlər

Orphus sistemi