Yuxarı

Türkmənistanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırılacaq

Sentyabr ayında ölkədə yeni konstitusiya qəbul ediləcək

Bakı. 20 iyul. REPORT.AZ/ Türkmənistan Ağsaqqallar Şurasının Yığıncağı sentyabrın 14-də Aşqabadda yeni konstitusiya qəbul edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, iclasın tarixi barədə sərəncam Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən imzalanıb.

Qeyd olunur ki, yeni konstitusiya layihəsinin qüvvədə olan cari sənəddən əsas fərqi prezidentin səlahiyyət müddəti ilə bağlıdır. Bu müddət 5 ildən 7 ilə qədər artırılacaq. Bundan əlavə, prezidentliyə seçilmək üçün yuxarı yaş həddi götürüləcək. Hazırda bu limit 70 yaş kimi müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl Q.Berdiməhəmmədov Türkmənistanın müasir siyasi və sosial-iqtisadi inkişafının reallıqlarına uyğun konstitusiya layihəsinin ərsəyə gətirilməsinin vacibliyini qeyd etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi