​Türkmənistan Xəzərdə hərbi parad keçirib

​Türkmənistan Xəzərdə hərbi parad keçirib Qurbanqulu Berdıməhəmmədov ölkəsinin Xəzərdəki Türkmənbaşı limanında döyüş gəmilərinə baxış keçirib
Region
10 Oktyabr , 2015 10:17
​Türkmənistan Xəzərdə hərbi parad keçirib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzərdəki Türkmənbaşı limanında döyüş gəmilərinə baxış keçirib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, ötən gün Xəzərdə Türkmənistan Hərbi-Dəniz Donanması Qüvvələrinin şərəfinə hərbi-dəniz paradı keçirilib. 

Q.Berdıməhəmmədov Türkmənbaşı şəhərində səyyar toplantı keçirib. O, ölkəsinin tərəfsizliyi və təhlükəsizliyindən danışıb.

Qeyd edək ki, Türkmənistanın Hərbi Dəniz Qüvvələri və Xəzərdə hərbi-dəniz bazası 2009-cu ildə yaradılıb. Ölkədə 2012-ci ildə ilk dəfə Xəzərdə əməliyyat-taktiki döyüş təlimi keçirilib.

Son xəbərlər

Orphus sistemi