Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir

Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağı tapşırıb
Region
5 Dekabr , 2017 13:20
Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir

Bakı. 5 dekabr. REPORT.AZ/ Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir.

“Report” Türkmənistan KİV-inə istinadən bildirir ki, ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağı tapşırıb.

Qeyd edək ki, Türkmənistanın “Turkmenqaz” Dövlət Şirkəti İrandan 1,8 milyard dollar (bəzi mənbələrin məlumatına əsasən, 2 milyard dollar) məbləğində nəql etdiyi təbii qazın pulunu tələb edir. İran tərəfi isə məbləğə yenidən baxılmasını istəyir.

Xatırladaq ki, Türkmənistan KİV-i İranla təbii qazla bağlı yaranan münaqişə barəsində ilk dəfə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi