Türkiyəyə sığınan suriyalıların sayı açıqlanıb

Türkiyəyə sığınan suriyalıların sayı açıqlanıb Bakı. 10 dekabr. REPORT.AZ/ “Ölkəmizdə mühafizə edilmə statusu ilə indiyədək 3 611 834 suriyalı qaçqın yerləşdirmişik”.
Region
10 Dekabr , 2018 17:08
Türkiyəyə sığınan suriyalıların sayı açıqlanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ “Ölkəmizdə mühafizə edilmə statusu ilə indiyədək 3 611 834 suriyalı qaçqın yerləşdirmişik”.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“Bunlardan 612 846 nəfəri uşaq, 303 228-i yeniyetmə olmaqla 916 074 nəfər hər il məktəblərimizdə təhsil alır”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, cari ilin son 11 ayı ərzində 53 860 nəfər deportasiya edilib, 5 522 insan alverçisi tutulub. 

Son xəbərlər

Orphus sistemi