​Türkiyəyə sığınan qaçqınların rəsmi sayı açıqlanıb

​Türkiyəyə sığınan qaçqınların rəsmi sayı açıqlanıb Qaçqınlara daha çox ölkənin Qars, Ağrı, Muş, Bayburt, Yozqat, Şırnak, Ərdaha və Bitlis əyalətlərində məskunlaşdırılıb
Region
22 Fevral , 2016 14:05
​Türkiyəyə sığınan qaçqınların rəsmi sayı açıqlanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyəyə 2014-2015-ci illərdə 2 milyon 720 min 438 nəfər mühacirət edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiəynin Statistika Qurumu məlumat yayıb.

Məlumata görə, mühacirlər ölkənin 81 əyalətindən 50-də məskunlaşdırılıblar. Türkiyə əhalisinin sayı 78,7 milyon nəfər olduğu halda, mühacirlər bu rəqəmin 3,45 faizini təşkil edir.

Qaçqınlar daha çox ölkənin Qars, Ağrı, Muş, Bayburt, Yozqat, Şırnak, Ərdaha və Bitlis əyalətlərində məskunlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi