Türkiyəyə görə Şimali Kipr də matəm elan etdi

Türkiyəyə görə Şimali Kipr də matəm elan etdi Şimali Kiprdə bütün şənliklər ləğv edilib.
Region
11 Oktyabr , 2015 07:13
Türkiyəyə görə Şimali Kipr də matəm elan etdi

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyə hökumətinin 3 günlük yas elan etməsindən sonra Şimali Kipr Türk Respublikası da bu cür addım atıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyəni və bütün dünyada yaşayan türkləri yasa boğan Ankara faciəsi ilə bağlı Kipr türkləri də 3 günlük yas elan ediblər.

Şimali Kiprdə bütün şənliklər ləğv edilib.

Şimali Kipr lideri Mustafa Akncı Türkiyə paytaxtında törədilən terror akını qəti şəkildə pisləyib.

Son xəbərlər

Orphus sistemi