​Türkiyənin Yerevana qaçan keçmiş prokurorlarından biri Almaniyaya sığınıb

​Türkiyənin Yerevana qaçan keçmiş prokurorlarından biri Almaniyaya sığınıb Hava limanındakı yoxlama zamanı onun heç bir maneəyə rast gəlmədiyi də bildirilib
Region
14 Avqust , 2015 10:05
​Türkiyənin Yerevana qaçan keçmiş prokurorlarından biri Almaniyaya sığınıb

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyənin keçmiş prokuroru Zəkəriya Öz Yerevandan təyyarə ilə Almaniyaya uçub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərdə bildirlib ki, "Ərəgənəkon" və 2014-cü il dekabrın 17-25- də korrupsiya işlərinin prokurorları Zəkəriya Öz və Cəlal Kara həbs edilmələri haqda qərar çıxmazdan 12 saat öncə Gürcüstana, ordan Ermənistana qaçmışdı.

Məlumata görə, Zəkəriya Özün tutulması haqqında uyğun qərar yayılmadığından o, yaşıl pasportla sərbəst şəkildə Almaniyaya viza ala bilib. Keçmiş prokurorun Almaniyaya uçarkən, Yerevan hava limanındakı yoxlama zamanı heç bir maneəyə rast gəlmədiyi də bildirilib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti hər iki prokurorun interpol xətti ilə axtarışa veriləcəyini demişdi. 

Son xəbərlər

Orphus sistemi