Yuxarı
    Bağlamaq

    ​Türkiyənin XİN başçısı ABŞ-a səfərə gedib

    Mövlud Çavuşoğlu amerikalı həmkarı Con Kerri ilə də görüşəcək

    Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün ABŞ-a səfərə gedib.

    "Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

    O, amerikalı həmkarı Con Kerri ilə görüşəcək. Çörüşdə Suriya və İraqda İŞİD-ə qarşı mübarizənin bütün tərəfləri, Ukrayna, Liviya və Yəmən başda olmaqla bölgədəki vəziyyət, həmçinin Kiprlə bağlı problem, 1915-ci il hadisələri, terrora qarşı mübarizə, enerji təhlükəsizliyinə dair mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir.

    Mövlud Çavuşoğlunun Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Raysla da görüşü nəzərdə tutulub. Nazirin Konqresdə Türkiyə-ABŞ Dostluq Qrupunun həmsədrləri tərəfindən təşkil olunan toplantıda çıxışı planlaşdırılıb.

    Türkiyə Xarici İşlər Nazriliyi tərəfindən yayılan açıqlamaya əsasən, nazir "Türk-Amerikan kültür və mədəniyyət mərkəzi"ni ziyarət edəcək və amerikalı vətəndaş cəmiyyətinin liderləri görüşəcək.

    Səfər üç gün davam edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi