Yuxarı
    Bağlamaq

    Türkiyə XİN-i: "Ankara və Moskva müşahidə uçuşunun marşrutu üzrə razılığa gələ bilməyib"

    Rusiya Federasiyasının 2-5 fevral 2016-cı il tarixlərində uçuşa qadağa qoyulması fonunda belə bir razılıq əldə olunmayıb

    Bakı. 4 fevral. REPORT.AZ/ Rusiya təyyarələrinin Türkiyə ərazisi üzərindən müşahidə uçuşunun ləğvi onun marşrutu ilə bağlı razılıq əldə oluna bilməməsi ilə bağlıdır.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiçin bəyanatında deyilir.

    "Müşahidə uçuşları tərəflərin uçuşun marşrutu üzrə razılıq əldə etməsindən sonra həyata keçirilir. Rusiya Federasiyasının 2-5 fevral 2016-cı il tarixlərində uçuşa qadağa qoyulması fonunda belə bir razılıq əldə olunmayıb. Buna görə də uçuş həyata keçirilməyib", - sənəddə qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi