Yuxarı
    Bağlamaq

    ​Türkiyənin Van bölgəsində antiterror əməliyyatı keçirilib, 19 şübhəli tutulub

    Yerli prokurorluq onlara qarşı terrorçu PKK qruplaşması ilə əlaqəli olmaq kimi maddələr üzrə cinayət işi açıb

    Bakı. 17 mart. REPORT.AZ/ Türkiyənin Van bölgəsində 32 müxtəlif ünvanda eyni zamanda keçirilən antiterror əməliyyatı nəticəsində 19 nəfər tutulub.

    "Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

    Məlumata görə, Van bölgə prokurorluğu onlara qarşı terrorçu PKK qruplaşması ilə əlaqəli olmaq, terrorçuluğu təbliğ və himayə etmək maddələri üzrə cinayət işi açıb.

    Axtarış nəticəsində terrorçuların yaşadığı evlərdən tapança, ov tüfəngi, "Kalaşnikov"avtomatı, bu silahlara aid güllələr, 3 ratsiya, habelə terrorçu qruplaşmaya dair sənədlər aşkarlanaraq, götürülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi