​Türkiyənin turizm naziri rusları ölkəsində təhlükəsiz istirahətə dəvət edib

​Türkiyənin turizm naziri rusları ölkəsində təhlükəsiz istirahətə dəvət edib Mahir Unal: "Türkiyə sizin evinizdir"
Region
30 Noyabr , 2015 05:37
​Türkiyənin turizm naziri rusları ölkəsində təhlükəsiz istirahətə dəvət edib

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin mədəniyyət və turizm naziri Mahir Unal Moskva və Ankara arasında münasibətlərin pisləşməsinə baxmayaraq rusiyalı turistləri bundan sonra da ölkəsinə gəlməkdə davam etməyə çağırıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Unal rusları ölkəsinə şəxsən dəvət etmək istədiyini qeyd edib.

"Turizm sektoruna siyasətdən ayrı baxılmalıdır. Mən mədəniyyət və turizm naziri olaraq Rusiya vətəndaşlarına demək istərdim ki, Türkiyə sizin evinizdir. Siz əvvəllər olduğu kimi, burada təhlükəsiz tətil keçirə bilərsiniz", — deyə o bildirib.

Qeyd olunur ki, ötən il Türkiyəni 3 milyona yaxın rusiyalı turist ziyarət edib.

Son xəbərlər

Orphus sistemi