Türkiyənin Suruc rayonunda terror aktını həyata keçirən kamikadzenin kimliyi məlum olub

Türkiyənin Suruc rayonunda terror aktını həyata keçirən kamikadzenin kimliyi məlum olub Məhkəmə-tibbi ekspertizası da sübut və dəlilləri incələyərək həmin şəxsin Şeyx Əbdürrəhman Alagöz olduğu qənaətinə gəlib
Region
22 İyul , 2015 16:00
Türkiyənin Suruc rayonunda terror aktını həyata keçirən kamikadzenin kimliyi məlum olub

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyənin Şanlıurfa vilayətinin Suruc rayonunda terror aktını həyata keçirən kamikadzenin kimliyi məlum olub.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, hadisə yerindən toplanan sübut və dəlillər araşdırılmaq üçün Ankaraya göndərilib.

Məhkəmə-tibbi ekspertizası da sübut və dəlilləri incələyərək həmin şəxsin Şeyx Əbdürrəhman Alagöz olduğu qənaətinə gəlib. 

Məlumata görə, kamikadzenin Şeyx Əbdürrəhman Alagöz olmasının dəqiqləşməsindən sonra onun Adıyamanda yaşayan ailəsi evlərini tərk edərək şəhər kənarındakı yaxınlarının yanına gedib.

Digər tərəfdən, İŞİD terror qruplaşmasının sıralarına üzv cəlb edildiyi iddia olunan "İslam" çay evini də Şeyx Əbdürrəhman Alagözun qardaşı Yunus Əmrə Alagözün işlətdiyi məlum olub. Çay evi təxminən bir il əvvəl lisenziyası olmadığı səbəbindən rayon polis idarəsi və bələdiyyə tərəfindən qapadılıb.

İtkin düşən şəxslər kimi axtarılan iki qardaşdan təxminən 6 aydır xəbər alınmırdı. Sürücülüklə məşğul olan ata Zeynal Abidin Alagözün isə təxminən 2 ay əvvəl rayon polis idarəsinə iki övladının itkin düşməsi barədə müraciət etdiyi qeyd olunub. 

Xatırladaq ki, iyulun 20-də Suriya ilə sərhəddə yerləşən Suruç şəhər mədəniyyət mərkəzinin qarşısındakı kafedə terror aktı baş verib. Qanlı hadisə nəticəsində 32 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb. Terror aktı Mədəniyyət Mərkəzinin qarşısında Suriyanın İŞİD terror qruplaşmasının hücumları nəticəsində dağıdılan və ziyan çəkən Kobani şəhərinə yardım göstərmək üçün oraya yola düşməyə hazırlaşan Türkiyə kürdlərinın toplaşdığı zaman həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi