Yuxarı

​Türkiyənin Avropa Oyunlarındakı çempionunu əsgəri xidmət üçün yararsız sayıblar

Rıza Kayaalp: 10 əsgərə bərabərəm

Bakı. 16 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə qalibi Rıza Kayaalpı əsgəri xidmətə yararsız sayıblar. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, o, Bakıdan Türkiyəyə qayıtdıqdan sonra yerli hərbi idarəyə əsgərlik xidməti ilə bağlı müraciət edib. Orada ona hərbi xidmətə yararsız olduğunu deyiblər.

Türkiyə idmançısı məsələ ilə bağlı bunları deyib: "10 əsgərə bərabərəm. Nə olursa, olsun, "hərbi xidmətə yararsız" iddiasını qəbul etmirəm. Unversitetdə oxuduğum üçün daha 2 iki il möhlət haqqım var. Mənim babalarım Mersində və Çanaqalada şəhid olub. 92 yaşlı babama isə əsgərlik edəcəyimə söz vermişəm. 130 kilo olmağıma baxmayaraq, 20 kilometri rahatca qaçıram".

Qeyd edək ki, Rıza Kayaalp 2014-cü ildə Aksaray Unversitetinin Bədən Tərbiyəsi və İdman Ali Məktəbini bitirib. Onun çəkisi 130 kq, boyu isə 1,83 metrdir.

Onun əsgəri xidmətə "yararsızlığı" isə boyu ilə çəkisi arasındakı uyğunsuzluq göstərilib. Hərbi xidmətə çağırış qaydalarına görə, 5 il ərzində bu fərq aradan qaldırılarsa, habelə başqa problemlər yaranmazsa həmin şəxs hərbi xidmətə yararlı sayılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi