Yuxarı

Türkiyənin Karkamış rayonu ​Suriya ərazisindən top atəşinə tutulub

Karkamış bölgəsi müvəqqəti olaraq boşaldılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Suriyanın Cerablus bölgəsindən atıldığı ehtimal edilən iki top mərmisi Türkiyənin Karkamış rayonu bələdiyyəsinin yerləşdiyi binanın və Çakıroğlu jandarm şöbəsinin yaxınlığına düşüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, topları terrorçu İŞİD qruplaşmasının silahlıları atıb. Türkiyə hərbçiləri cavab atəşi açıb. Karkamış bölgəsi müvəqqəti olaraq boşaldılıb.

Suriyanın Hələb əyalətinin Cerablus rayonu İŞİD-in nəzarəti altındadır.

Qeyd edək ki, 16 gündür türk hərbçiləri Suriyanın Türkiyə ilə sərhədboyu ərazilərini minadan təmizləyirlər. Ötən gün Türkiyə hərbçiləri atəşə məruz qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi