Türkiyənin Karkamış rayonu ​Suriya ərazisindən top atəşinə tutulub

Türkiyənin Karkamış rayonu ​Suriya ərazisindən top atəşinə tutulub Karkamış bölgəsi müvəqqəti olaraq boşaldılıb
Region
3 Fevral , 2016 15:46
Türkiyənin Karkamış rayonu ​Suriya ərazisindən top atəşinə tutulub

Bakı. 3 fevral. REPORT.AZ/ Suriyanın Cerablus bölgəsindən atıldığı ehtimal edilən iki top mərmisi Türkiyənin Karkamış rayonu bələdiyyəsinin yerləşdiyi binanın və Çakıroğlu jandarm şöbəsinin yaxınlığına düşüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, topları terrorçu İŞİD qruplaşmasının silahlıları atıb. Türkiyə hərbçiləri cavab atəşi açıb. Karkamış bölgəsi müvəqqəti olaraq boşaldılıb.

Suriyanın Hələb əyalətinin Cerablus rayonu İŞİD-in nəzarəti altındadır.

Qeyd edək ki, 16 gündür türk hərbçiləri Suriyanın Türkiyə ilə sərhədboyu ərazilərini minadan təmizləyirlər. Ötən gün Türkiyə hərbçiləri atəşə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi