Yuxarı
    Bağlamaq

    Türkiyənin ​İstanbul şəhərində İŞİD-lə əlaqəsi olan 43 nəfər saxlanılıb

    Saxlanılanlardan 13-ü uşaqdır

    Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul Şəhər Polisinin Terrorla Mücadilə Şöbəsi tərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatı ilə əlaqədə olan 43 əcnəbi saxlanılıb.

    "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. 

    Məlumata görə, saxlanılanlardan 13-ü uşaqdır.

    Agentlik bildirib ki, İŞİD-lə əlaqəsi olan daha 4 Suriya vətəndaşının yaxalanması üçün tədbirlər həyata keçirilir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi