Yuxarı

Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin 560 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Türk Telekom şirkəti isə 198 işçisi ilə bağladığı müqaviləyə xitam verib

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin 560 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həmin şəxslər Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli sayılırlar. 

Bundan başqa, Türkiyə İqtiasidyyat Nazirliyinin 15 əməkdaşı işdən kənarlaşdırılıb, "Türk Telekom" şirkəti isə 198 işçisi ilə bağladığı müqaviləyə xitam verib. 

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra dövlət müəssisələrində çalışan və FETÖ ilə əlaqədə şübhəli sayılan on minlərlə işçi vəzifəsindən kənarlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi