Yuxarı

Türkiyənin Diyarbakır vilayətində 11 hərbçi yaralanıb

Ərazidə bir çox ev minalandığı üçün hərbçilərin irəlləyişi yavaşlayıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbakır vilayətində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri ilə hərbçilər arasında baş verən silahlı insident nəticəsində 11 hərbçi yaralanıb.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, döyüşlər əsasən Sur rayonunda qeydə alınıb.

Ərazidə bir çox ev minalandığı üçün hərbçilərin irəliləyişi yavaşlayıb.

Yaralı əsgərlər Diyarbakir Hərbi Xəstəxanasına çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi