Türkiyədə dəmir yolunda terror aktı törədilib, 10 vaqon relsdən çıxıb - YENİLƏNİB

Türkiyədə dəmir yolunda terror aktı törədilib, 10 vaqon relsdən çıxıb - YENİLƏNİB Partlayış əldəqayırma partlayıcı ilə törədilib
Region
27 Fevral , 2017 14:55
Türkiyədə dəmir yolunda terror aktı törədilib, 10 vaqon relsdən çıxıb - YENİLƏNİB

Bakı. 27 fevral. REPORT.AZ/ Batman-Diyarbakır istiqamətində hərəkət edən yük qatarının keçdiyi yolda törədilən partlayış nəticəsində 10 vaqon relsdən çıxıb. 

“Report” "Sabah"a istinadən xəbər verir ki, partlayış nəticəsində ölən və yaralanan olmayıb. 

Məlumata görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib.

*** 14:23

Türkiyənin Diyarbakır əyalətinin Sur rayonunun Çarıklı bələdiyyəsinin Karpuzlu kəndində partlayış olub.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, hadisə kənddən keçən dəmiryol xəttində baş verib.

Partlayış yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib. 

Hadisə barədə əlavə məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi