Türkiyənin dəstəyi ilə Gürcüstanda 1500-ə yaxın ailəyə Ramazan sovqatı paylanılıb

Türkiyənin dəstəyi ilə Gürcüstanda 1500-ə yaxın ailəyə Ramazan sovqatı paylanılıb Gürcüstan Müəslmanları İdarəsinin (GMİ) təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində yaşayan müsəlmanlara Ramazan sovqatı paylanılıb.
Region
27 May , 2019 16:59
Türkiyənin dəstəyi ilə Gürcüstanda 1500-ə yaxın ailəyə Ramazan sovqatı paylanılıb

Gürcüstan Müəslmanları İdarəsinin (GMİ) təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində yaşayan müsəlmanlara Ramazan sovqatı paylanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya çərçivəsində sosial təminatsız və ehtiyac içində yaşayan 1500-ə yaxın ailəyə ərzaq bağlamaları təqdim olunub.

Xeyriyyə aksiyasının təşkilinə Türkiyənin Dini Məsələlər üzrə Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) dəstək verib.

Ramazan sovqatlarının bölgələrə çatdırılmasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, GMİ-nin müftisi Yasin Əliyev və digər rəsmi şəxslər də iştirak ediblər.

GMİ xeyirxah aksiyanın həyata keçirilməsinə dəstək verənlərə minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi